Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, ABŞ universitetlərindən kənarlaşdırılmış akademik və “Samidoun” qlobal hərəkatının üzvü Şarlotta Kits 12 mart 2026-cı il tarixinə təsadüf edən cümə axşamı günü dünya Qadimun Assambleyası tərəfindən keçirilən yeddinci beynəlxalq Qüds konqresinə göndərdiyi video müraciətində müqavimət cəbhəsinin şəhidlərini xüsusilə şəhid Seyid Həsən Nəsrullahı, İsmayıl Həniyyə və Yəhya Sinvar xatirəsini ehtiramla yad edərək bildirib: Bu gün biz ümumdünya Qüds gününü elə bir şəraitdə qeyd edirik ki, Qəzzanın günahsız uşaq və qadınlarından tutmuş mübariz komandirlərə qədər minlərlə şəhidin təmiz qanı haqqın batil üzərində son qələbəsi üçün yolu açıb. Bu şəhidlər öz mübarizələri ilə sübut etdilər ki, Fələstin xalqının zorla qəsb olunmuş hüquqlarını geri almağın yeganə yolu müqavimətdir.
O, çıxışının mühüm bir hissəsində sionist rejimin Qəzza zolağı və İordan çayının Qərb sahilində davam edən cinayətlərinə toxunaraq qeyd edib: Beynəlxalq statistik məlumatlara görə, 2023‑cü ilin oktyabrında başlayan Əqsa tufanı əməliyyatından bu günədək 50 mindən çox fələstinli şəhid olub və onların böyük əksəriyyətini qadın və uşaqlar təşkil edir. Bu hərbi cinayətlər Qərbdə insan haqlarının saxtakar müdafiəçilərinin utancverici səssizliyi ilə müşayiət olunur. Mən uzun illər ABŞ dövlətində fəaliyyət göstərmiş biri kimi yaxşı bilirəm ki, əsas media orqan və elmi mərkəzlər sionistlərin təsiri altında Fələstində baş vermiş soyqırım həqiqətlərini necə təhrif edirlər.
Fələstin xalqının hüquqlarını müdafiə etdiyinə görə çalışdığı universitetdən kənarlaşdırılmış bu beynəlxalq fəal, sionist cinayətlərini dayandırmaqda beynəlxalq qurumların səmərəsizliyinə toxunaraq əlavə edib: BMT Təhlükəsizlik Şurası və Birləşmiş Millətlər Təşkilatı praktik olaraq sübut etmişdir ki, onlar Fələstində soyqırımı dayandırmağa qadir deyillər. Əksinə, sionist rejimin cinayətlərini ört‑basdır etmək üçün imperialist güclərin əlində alətə çevriliblər. ABŞ‑ın atəşkəs qətnamələrində dəfələrlə qanun pozuntularına yol verməsi bu ölkənin hərbi cinayətlərdə ortaq olduğunun ən böyük sübutudur.
Xanım Kids, Fələstin idealının müdafiəsində İran İslam Respublikasının aparıcı rolunu yüksək qiymətləndirərək bildirib: İmam Xomeyni (r) ümumdünya Qüds gününü elan etməklə o Fələstin məsələsini yalnız diriltmədi, həm də onu İslam dünyasının birliyinin mərkəzinə çevirdi. Bu gün İranın müdrik rəhbərləri bu ilahi strateji xətti davam etdirərək sübut ediblər ki, Fələstin İslam dünyasının birinci məsələsidir. Biz Samidoun qlobal hərəkatında qürurla müşahidə edirik ki, İran bütün sanksiyalara və düşmən təhdidlərinə baxmayaraq, Fələstinin məzlum xalqı və müqavimət cəbhəsi ilə çiyin‑çiyinə dayanır.
O, çıxışında daha sonra Qərbdə gənc nəslin maariflənməsi prosesinə toxunaraq deyib: ABŞ və Avropanın nüfuzlu ali təhsil ocaqlarında, həmçinin Nyu‑Yorkdakı Kolumbiya Universitetindən tutmuş Parisdəki Sorbona, eləcədə Kanadadakı Toronto, həmçinin Londondakı universitetlərədək bütün tələbələrin oyanışı sionist rejimin cinayətlərini örtən Qərb mediasının hegemonluğunun süqutunun aydın göstəricisidir. Qərbli gənclər bu gün açıq şəkildə sionistlərin çirkin planlarının gerçəkliyini görür və həmin haqsızlıqlara qarşı öz etirazlarını edirlər. Onlar müqavimət dərsini, Qəzzanın bombaların altında azadlıq nəğməsi oxuyan uşaqlarından öyrəniblər.
Samidoun qlobal hərəkatının üzvü həmçinin Qüds günündə dünyanın 80‑dən çox ölkəsində keçirilən yürüşlərdə milyonlarla insanın iştirakına diqqət çəkərək vurğulayıb: Dünya xalqları bu gün inanırlar ki, Fələstin məsələsi təkcə regional bir qarşıdurma deyil, bütün azadlıqsevər insanların ortaq problemidir.
Sanadan Beyruta, Bağdaddan Tehrana, eləcədə Londondan Nyu‑Yorka qədər bir vahid nida səslənir: "Qüds azad olacaqdır." Bu güclü oyanış dalğası çox yaxın bir gələcəyin müjdəçisidir. Həmin gün, Fələstin əraziləri İordan çayından Aralıq dənizinədək azad olacaq
Xanım Kits çıxışının sonunda dünya xalqlarına müraciətlə bildirib: Fələstin müqaviməti tək deyil. Mən bir Kanada vətəndaşı olaraq öz hökumətimə və bütün Qərb dövlətlərinə səslənirəm: Sanksiyalar və təzyiqlər həqiqətin səsini susdura bilməyəcək. Hamımız bu məsələdə məsuliyyət daşıyırıq. Soyqırımı və işğalı qətiyyətlə pisləmək, bütün işğal olunmuş torpaqlar azad olunana və fələstinli qaçqınlar doğma yurdlarına qayıdana qədər mübarizəni davam etdirmək bizim mənəvi borcumuzdur. Qələbə, haqq və ədalət uğrunda mübarizə aparanların olacaq.
Rəyiniz